UEFA “Barselona” və “Milan”a oyunlarını ABŞ və Avstraliyada keçirməyə icazə verdi

22:01 - 6 Oktyabr 2025

UEFA “Barselona” və “Milan”ın oyunlarını xaricdə keçirməklə bağlı müraciətini təsdiqləyib.

Sportal.az xəbər verir ki,bundan əvvəl La Liqa UEFA-ya 17-ci turda keçiriləcək “Vilyarreal” – “Barselona” oyununu Mayamidə (ABŞ) keçirməyə icazə verilməsi üçün müraciət etmişdi. A Seriyası isə 16-cı turun “Komo” – “Milan” matçının Pertdə (Avstraliya) oynanılması üçün sorğu göndərmişdi.

UEFA istisna hal kimi bu oyunların ölkə xaricində keçirilməsinə icazə verib. Lakin qurum hələ də hesab edir ki, milli çempionatların qarşılaşmaları mütləq həmin ölkələrin daxilində təşkil olunmalıdır.

Qeyd edək ki, “Vilyarreal” – “Barselona” və “Komo” – “Milan” oyunlarının 21 dekabr tarixində keçirilməsi planlaşdırılır.

 

Xəbər xətti