Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının reytinqini tərtib edib.
Sportal.az xəbər verir ki, siyahıya 100 oyunçu daxil edilib. Birinci yeri “Barselona”nın vingeri Lamin Yamal tutub. Onun transfer dəyəri 343,1 milyon avro olaraq qiymətləndirilir.
Top-10 belədir:
-
Lamin Yamal (“Barselona”) – 343,1 milyon avro;
-
Erlinq Haaland (“Mançester Siti”) – 255,1 milyon avro;
-
Kilian Mbappe (“Real”) – 201,3 milyon avro;
-
Cud Bellingem (“Real”) – 153,1 milyon avro;
-
Maykl Olise (“Bavariya”) – 136,9 milyon avro;
-
Florian Virts (“Liverpul”) – 135,8 milyon avro;
-
Dezire Due (“PSJ”) – 134,6 milyon avro;
-
Jоau Neveş (“PSJ”) – 130,6 milyon avro;
-
Arda Gülər (“Real”) – 130,3 milyon avro;
-
Pedri (“Barselona”) – 130 milyon avro.
