İdman Arbitraj Məhkəməsində (CAS) Seneqal milli komandasının maraqlarını təmsil edən idman hüquqşünası Xuan de Dios Krespo 2025-ci il Afrika Millətlər Kubokunun Seneqala verilməsi qərarını şərh edib və Mərakeşin bu qərara etiraz edərək uğur qazanmaq ehtimalını dəyərləndirib.
Sportal.az “Cadena Ser”ə istinadən xəbər verir ki, Krespo Mərakeş tərəfinin istəyinə çatmaq ehtimalının çox aşağı olduğunu bildirib:
"Belə qərarlara etiraz edib uğur qazanmaq halları son dərəcə nadir görülüb. Tez-tez rast gəlinən məsələ deyil. Mərakeşin yekun nəticəni dəyişmək şansı 0,00001 faizdir. Bunun tamamilə qeyri-mümkün olduğunu deməzdim, lakin praktikada vəziyyət məhz belədir".
Xatırladaq ki, noyabrın 24-də İdman Arbitraj Məhkəməsi (CAS) Seneqal Futbol Federasiyasının şikayətini qismən təmin edərək, 2025-ci il Afrika Millətlər Kubokunun qalibi kimi Seneqalı qəti şəkildə təsdiqləyib.
saytlarin hazirlanmasi
