İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Hakan Çalhanoğlu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçunun sağ bud əzələsində zədə aşkarlanıb. 32 yaşlı dayaq yarımmüdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu cari mövsümdə "İnter"in heyətində bütün turnirlərdə meydana çıxdığı 14 rəsmi matçda 3 qol vurub. Türkiyə millisinin üzvünün Milan təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
