Çempionluq uğrunda mübarizə aparan “Trabzonspor” AEK-in hücumçusu Luka Yoviçlə maraqlanır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Yunanıstan klubunda oynayan serbin transferi üçün danışıqlara start verib.
AEK-lə müqavilə bu mövsümün sonunda başa çatacaq Yoviç özü də “Trabzonspor”un təklifinə müsbət yanaşmaq istəyir. Qışda onun Türkiyəyə yollanıb-yollanmayacağı dəqiqləşəcək.
“Srvena Zvezda”nın yetirməsi və sabiq futbolçusu “Apollon”(Limassol), “Benfika”, “Ayntraxt”(Frankfurt), “Real”(Madrid), “Fiorentina”, “Milan” klublarının da formasını geyinib.
saytlarin hazirlanmasi
