“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"a qarşı Bakıda keçiriləcək səfər oyunu ilə bağlı planlarını dəqiqləşdirib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi oyundan iki gün əvvəl, noyabrın 23-də axşam 21:00-da Bakıya gələcək.

Ertəsi gün Bakı Olimpiya Stadionunda "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Bu tədbirə isə saat 19:15-də start veriləcək. Bundan 45 dəqiqə sonra isə komanda həmin stadionda son məşqinə çıxacaq.

“Sabah” və “Barselona” arasındakı qarşılaşma noyabrın 25-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.