“Real"ın yarımmüdafiəçisi Cud Bellingem klubun oktyabr ayı üzrə ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu oktyabr ayında bütün turnirlər daxil olmaqla 5 matçda meydana çıxıb. “Real" bu görüşlərin hamısında qələbə qazanıb. Bellingem isə həmin oyunlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
La Liqada 12 turdan sonra 30 xal toplayan “Real" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Madrid təmsilçisi növbəti oyununu noyabrın 21-də “Selta”ya qarşı keçirəcək.
saytlarin hazirlanmasi
