“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın da heyətində yer aldığı Polşa milli komandası Millətlər Liqasının B4 qrupunda son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Polşa millisi İsveçi qəbul edib və görüş 1:1 hesabı ilə başa çatıb.
Puxaç heyətdə yer alsa da, oyunda meydana çıxmayıb. Polşa qrupda üçüncü yeri tutub (5 xalla) və bununla da B Liqasındakı yerini qoruyub saxlamağı bacarıb.
saytlarin hazirlanmasi
