"Arsenal"ın qapıçısı David Raya klubla yeni müqavilə imzalamağa yaxındır.

Sportal.az xəbər verir ki, tərəflər əməkdaşlığı uzunmüddətli şəkildə uzatmaq barədə prinsipial razılığa gəliblər. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İspaniyalı qolkiperin hazırkı sözləşməsi 2028-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir. 31 yaşlı "əlcək sahibi" ilə aparılan danışıqlar "Arsenal"ın əsas oyunçuları komandada saxlamaq strategiyasının bir hissəsidir.

Bundan əvvəl London klubu yarımmüdafiəçi Deklan Rays və müdafiəçi Yurrien Timberlə də yeni anlaşma üçün razılıq əldə edib.

Qeyd edək ki, David Raya bu mövsüm "topçular"ın heyətində 15 oyunda meydana çıxıb, 8 qol buraxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb.