"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann Kriştiano Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, fransalı forvard "Əl-Nəsr"in üzvünün yığmadan gedişinə görə kədərləndiyini deyib:

"Kriştiano Ronaldonun gedişi məni çox kədərləndirdi. O, əsl əfsanədir - sanki bir maşın, qol ustası və qalibdir. Ona qarşı oynamaqdan həqiqətən zövq alırdım. Portuqaliya millisi ilə əldə etdiyi nailiyyətlər isə tarixə düşəcək səviyyədədir. Onun yerini doldurmaq son dərəcə çətin olacaq".