Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi (U-17) 2027-ci il Avropa çempionatının birinci seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, 2-ci qrupda mübarizə aparan yığmamız 3-cü turda Litva yığması ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Komandamızın qolunu 65-ci dəqiqədə Rəsul Balakişiyev vurub.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda Almaniyaya 0:7, ikinci turda isə Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi
