"Arsenal" aparıcı oyunçulardan olan Deklan Raysın müqaviləsinin müddətini uzadacaq.

Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi artıq ingiltərəli yarımmüdafiəçisi ilə razılıq əldə edib. Yaxın günlərdə 27 yaşlı futbolçunun 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməsi daha 3 il artırılacaq.

Qeyd edək ki, "Arsenal" Deklan Raysı 2023-cü ilin yayında "Vest Hem"dən 116 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.