"Napoli" ilə müqaviləsi mövsümün sonunda başa çatan Kevin De Bruyne karyerasını Niderlandda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, PSV belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.

Eyndhoven klubu De Bruyneni yanvarda heyətinə qatmağa çalışacaq. PSV artıq 35 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Niderland nəhəngi təcrübəli hücumameyilli yarımmüdafiəçiyə 2 milyon avro maaş olmaqla 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, Kevid De Bruyne 2025-ci ilin yayından "Napoli"də çıxış edir. Belçika millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.