Almaniya millisinin və “Brayton”un futbolçusu Brayan Qruda karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi üçün “qırmızı şeytanlar” danışıqlara start verib.

O, hazırda icarə əsasında “Leyptsiq”də çıxış edir. Əslən Albaniyadan olan, Almaniya millisində oynayan futbolçunun bu klubla icarə müqaviləsi mövsümün sonunda başa çatacaq. Qruda “Maynts”da da çıxış edib.