“Barselona”nın yarımmüdafiəçisi Rodri komandasını Çempionlar Liqasının qalibi olmağa əsas namizədlərdən biri hesab etmir.

Sportal.az xəbər verir ki, Rodri öz açıqlamasında maraqlı fikirlər səsləndirib:

"Komandaları favorit adlandırmağın və bizim bu statusa uyğun olub-olmadığımızı müzakirə etməyin elə də mənası yoxdur. Düşünürəm ki, klub uzun müddətdir Çempionlar Liqasında çempionluq yaşamır. Hazırda əsas hədəfimiz və ən böyük istəyimiz məhz bu titulu qazanmaqdır.

Buna görə də özümüzü favorit hesab etmirik. Təvazökarlığımızı qoruyaraq daha da inkişaf etməli və oyunumuzu gücləndirməli olduğumuzu anlayırıq".

Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.