Moldova milli komandası UEFA Millətlər Liqasının C Liqasında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, moldovalılar Farer adalarının qonağı olub. Görüş ev sahibi komandanın qalibiyyəti ilə yekunlaşıb(1:0).

Moldova millisini heyətində "Turan Tovuz"un futbolçusu Denis Marandiçi 79-cu dəqiqədə, "Kəpəz"in üzvü Viktor Stina isə 46-cı dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda üçüncü, Farer adaları isə 8 xalla ikinci yeri tutub.