Polşa milli komandasının baş məşqçisi Yan Urban Millətlər Liqasının B4 qrupunun 5-ci turunda Rumıniyaya 2:1 hesablı məğlubiyyətdən sonra gündəmi zəbt edib.

Sportal.az xəbər verir ki, məşqçi "Sabah"ın müdafiəçisi Timoteuş Puxaça oyun vaxtı vermədiyinə görə tənqid olunub.

“Kanal Sportovi” verilişində çıxış edən futbol üzrə ekspert, Polşa millisinin sabiq forvardı Artur Vişnyarek bildirib ki, əgər o, Puxaçın yerində olsaydı, məşqçi ilə birbaşa və sərt söhbət edərdi.

Vişnyarekin fikrincə, milli komandanın məşqçisi sentyabr və oktyabr aylarında keçirilən təlim-məşq toplanışından bəri müdafiəçini görməzdən gəlib. Baxmayaraq ki, o, şans görməyə layiqdir. Təbii ki, təcrübəsi və hazırkı formasına görə, bunu haqq edir: "Puxaç "Sabah"da daimi oynayır, Çempionlar Liqasında da iştirak edir. Hazırkı formasına görə millidə oynamağı haqq edir. Lakin baş məşqçi ona şans vermir".