“Arsenal”ın müdafiəçisi Pyerro İnkapiye klubla müqaviləsini daha əlverişli şərtlərlə uzatmağa hazırlaşır.

Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, futbolçunun London təmsilçisi ilə imzalayacağı yeni müqavilə 2032-ci ilə qədər qüvvədə olacaq. Onun hazırkı sözləşməsinin müddəti isə 2031-ci ildə başa çatır.

Qeyd edək ki, İnkapiye cari mövsüm İngiltərə Premyer Liqasında 5 qarşılaşmada iştirak edib və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.