Azərbaycanlı futbolçu Ramin Əhmədov karyerasını Özbəkistan Superliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, başa çatan mövsümü Qırğızıstanda “Ozgon”un heyətində parlaq çıxış edən, 14 qolla bombardilər siyahısında yer alan və komandası ilə 2-ci yeri tutan Əhmədov Özbəkistanın bir neçə klubunun maraq dairəsindədir.
Onlar arasında “Dinamo”(Səmərqənd) və “Lokomotiv” klubları var. Əhmədovun hansı qərarı verəcəyi qış "transfer pəncərəsi" zamanı bəlli olacaq.
saytlarin hazirlanmasi
