Andorra milli komandasının baş məşqçisi Koldo Alvares Enkampda keçirilən yoldaşlıq görüşündə komandasının 1:3 hesablı məğlubiyyətini şərh edib.
Sportal.az “Bondia”ya istinadən xəbər verir ki, o, millimiz haqda bunları deyib:
"Hər iki hissədə elə beş dəqiqəlik interval oldu ki, bu da bizə baha başa gəldi. Xüsusilə, birinci hissədə hesab açıldıqdan sonrakı 40 dəqiqəni qeyd edərdim. Belə bir başlanğıcdan məyusam, xüsusən də bunu əvvəlcədən müzakirə etdiyimiz halda, baş verdi. Topu itirdikdən dərhal sonra onu geri qaytarmaqda olduqca yaxşı idik, lakin ikinci hissədə işimiz çətinləşdi və rəqib qapımız qarşısında qol imkanları yarada bildi. Buna baxmayaraq, komandanın inkişaf istiqamətindən razıyam. Axı biz bu matçda 400 ötürmə edə bildik. Gənc oyunçular meydanda müəyyən sərbəstlik nümayiş etdirirlər və artıq topu itirməyin bədəlinin nə olduğunu öyrənmişik".
saytlarin hazirlanmasi
