İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Tomas Frank çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu 53 yaşlı danimarkalı mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Tomas Frankın son iş yeri bu ilin fevralında ayrıldığı "Tottenhem" olub. "Kristal Pelas" isə bir neeçə gün öncə Pyer Sajı istefaya göndərib.
saytlarin hazirlanmasi
