"Neftçi"nin A komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakim-inspektorlar komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.
Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.
saytlarin hazirlanmasi
