21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-21 seçməsi ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən qarşılaşma komandamızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın qollarını Elgün Dünyamalıyev, Əli Xəlilov, İlkin Cəfərli və Niyazi Osmanov vurublar.
Qeyd edək ki, bu komandalar arasında üç əvvəl keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
saytlarin hazirlanmasi
