Harri Keyn "Bavariya" ilə yeni müqavilə imzaladı

15:12 - 5 Noyabr 2026

"Qızıl top" mükafatının qalibi Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb. 

İngiltərə milli komandasının üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Bavariya Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən 95 milyon avroya transfer edib. 33 yaşlı hücumçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti