"Barselona"nın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Rodri sıradan çıxıb. İspaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Aston Villa" ilə matçında (3:0) zədələnib.
30 yaşlı futbolçu baldır əzələsindən zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisi La Liqanın XII turunun "Atletiko" ilə oyununa buraxa bilər. Qarşılaşma 9 noyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, "Barselona" Rodrini mövsümün əvvəlində "Mançester Siti"dən 60 milyon avroya transfer edib. İspaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
