Polşa çempionatının 13-cü turunda bir sıra oyunlar baş tutub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yer aldığı “Rakuv” “Poqon”u qəbul edib.
Matç Mahirin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Emreli oyuna 47-ci dəqiqədə bərabərlik qoluna səbəb olan məhsuldar ötürmə ilə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. İlk hissədə Mahir penalti qazansa da, komanda yoldaşı penaltini dəqiq yerinə yetirə bilməyib.
“Rakuv” hazırda liqada turnir cədvəlində 9 xalla 17-ci pillədədir.
saytlarin hazirlanmasi
