"Sabah" və Azərbaycan millisinin müdafiəçisini türklər istəyir

12:17 - 1 Noyabr 2026

"Sabah" və Azərbaycan milli komandasının müdafiəçisi Rəhman Daşdəmirov karyerasını ölkə xaricində davam etdirə bilər.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Daşdəmirov Türkiyə Superliqasında yarışan “Kocaelispor”un diqqətini çəkib.

Superliqa təmsilçisi Azərbaycan millisində və “Sabah”da əsas üzvlərdən olan Rəhman üçün mövsümün sonunda rəsmi təklif irəli sürməyi planlaşdırır.

İzmit klubu hazırda Superliqada 18 komanda arasında 8-ci pillədədir. 27 yaşlı müdafiəçinin “Sabah”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2023-cü ildə “Şamaxı”dan “Sabah”a keçib.
 

Xəbər xətti