"İnter" "Liverpul"un vingeri üçün danışıqlara başladı

16:59 - 31 Oktyabr 2026

"Liverpul"da çıxış edən Federiko Kyeza karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" italiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Nussball News" nəşri məlumat yayıb.

Milan klubu artıq Kyeza üçün ilkin danışıqlara başlayıb. Premyer Liqa nəhəngi heyətdə yerini itirən 29 yaşlı futbolçunu 15 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı 2024-cü ilin yayında "Yuventus"dan 12 milyon avroya ttransfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində cəmi 1 rəsmi matçda 2 dəqiqə meydanda olub.

Xəbər xətti