"Milan" və "İnter"in yeni stadionu necə adlanacaq? - 20 il ərzində 650 milyon avro qazanılacaq

00:30 - 30 Oktyabr 2026

“Milan” və “İnter”in yeni stadionunun adı məlum olub.

Sportal.az xəbər verir ki, 2031/32 mövsümündə istifadəyə verilməsi planlaşdırılan stadionun ad hüquqlarını Avropanın ən böyük sığorta şirkətlərindən biri olan “Assicurazioni Generali” əldə edib. Arena “Generali Stadium” adlanacaq.

20 illik uzunmüddətli müqavilə “İnter” və “Milan”a ümumilikdə 650 milyon avro gəlir gətirəcək. Klublar bu razılaşmanı dünya miqyasında ən əhəmiyyətli müqavilələrdən biri kimi qiymətləndirirlər.

Bununla belə, beynəlxalq oyunlar zamanı stadionun adından sığorta şirkətinin adı çıxarılacaq.

Xəbər xətti