"Ştutqart"ın müdafiəçisi Finn Yelç Avropanın böyük klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, "Barselona" 20 yaşlı futbolçunu yanvarda heyətinə qatmağı nəzərdən keçirir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
La Liqa nəhənginin baş məşqçisi Hansi Flik bu transferə artıq razılıq verib. Bununla belə, qeyd olunur ki, "Ştutqart" almaniyalı oyunçu üçün 60 milyon avrodan çox vəsait tələb edəcək. Bu məbləğ isə "barselona" üçün transferi xeyli çətinləşdirə bilər.
Bundan əlavə, "Liverpul", "Real", "Atletiko" və "Arsenal" klublarının da 20 yaşlı mərkəz müdafiəçisi ilə maraqlandığı bildirilir.
Qeyd edək ki, "Ştutqart" Finn Yelçi 2025-ci ilin fevralında "nürnberq"dən 9,5 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
