"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

18:59 - 28 Oktyabr 2026

"Brayton"un müdafiəçisi Luka Vuşkoviç karyerasını İngiltərə Premyer Liqasının digər klubunda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə insayder Ekrem Konur məlumat verib.

Xorvatiyalı futbolçunun çıxışları "Liverpul" tərəfindən diqqətlə izlənir. Mersisaydlılar Vuskoviçə hollandiyalı Virgil van Deykin potensial varisi kimi baxırlar.

Klub isə öz növbəsində 19 yaşlı mərkəz müdafiəçisini üçün təxminən 120 milyon avro təklif gələcəyi təqdirdə buraxmağa hazırdır.

Qeyd edək ki, "Brayton" Luka Vuşkoviçi mövsümün əvvəlində "Tottenhem"dən 54 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü "qağayılar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti