"Real"ın hücumçusu Kilian Mbappe Çinin keçmiş lideri Mao Zedunla bağlı söylədiyi fikirlərə görə ictimaiyyət qarşısında üzr istəyib.
Sportal.az xəbər verir ki, futbolçu, səsləndirdiyi fikirlərin doğurduğu tənqid dalğasından sonra fransız, çin və ingilis dillərində bəyanat yayıb.
Mbappe daha əvvəl özünü diktator kimi təsvir edən internet "mem"lərindən bəhs edərkən, xüsusilə Mao Zedun kimi göstərildiyi şəkli gülməli hesab etdiyini bildirmişdi. Bu şərh Çində ciddi narazılığa səbəb olub. Məlumatlara görə, üç Çin şirkəti fransalı futbolçu ilə əlaqələrini kəsib, ölkədə La Liqa oyunlarının yayımı isə müvəqqəti olaraq dayandırılıb.
Hücumçu bəyanatında sözlərinin yarada biləcəyi nəticələri nəzərə almadığını etiraf edib və incik düşənlərdən üzr istəyib:
"Bu yaxınlarda verdiyim müsahibə zamanı özümün əks olunduğu bir şəklə münasibət bildirmişdim. Şərhim düşünülməmiş idi və indi anlayıram ki, bu, Çindəki bir çox insana, eləcə də dünyanın müxtəlif yerlərindəki çin icmalarına qarşı xoşagəlməz bir hal yaradıb.
Sözlərimlə kimləri incitmişəmsə, hamıdan üzr istəyirəm. Məqsədim heç vaxt bu olmayıb. Çin xalqına və onların tarixinə böyük hörmətim var. Etdiyim hərəkətə görə səmimi qəlbdən peşmanam".
saytlarin hazirlanmasi
