“Qarabağ”ın futbolçusu Jali Muaddib Misli Premyer Liqasının 9-cu turunun “Sabah”la (0:0) oyunu ilə bağlı fikirlərini bildirib.
Sportal.az saytına danışan futbolçu komandasının “Sabah”la matçda bərabərə qalmasını bu cür şərh edib:
“Yaxşı oyun gördük. Biz qələbəyə yaxın olan tərəf idik. Rəqib də çox güclüdür. Bu matçda edə bilmədiklərimiz üzərində işləməyə çalışacağıq. Hücumda heç bir problemimiz yoxdur. Biz kifayət qədər qol vururuq. "Sabah"ın güclü müdafiəsi var. Onlar topla inamlı oynayırlar. Heç bir komandanın qol vurmaması hər iki komandanın bu oyunda yaxşı müdafiə olunduğunu göstərir”.
Muaddib çempionluq mübarizəsi haqda isə belə danışıb:
“İnanmıram ki, “Sabah”, “Qarabağ”, “Neftçi” - hər üç komanda çempionluq uğrunda sona qədər mübarizə aparacaq. Rəqibimiz ya "Sabah", ya da "Neftçi" olacaq. Əlbəttə ki, bu mübarizəni sona qədər davam etdirmək üçün mümkün qədər çox xal toplamalıyıq”.
Mirbağırağa
saytlarin hazirlanmasi
