"Mançester Yunayted" Kerriki istefaya göndərəcək?

23:05 - 25 Oktyabr 2026

“Mançester Yunayted”in yaxın vaxtlarda Maykl Kerriki baş məşqçi vəzifəsindən istefaya göndərəcəyi ehtimal olunur.

Sportal.az xəbər verir ki, bu gün “Mançester Yunayted” İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”a 0:3 hesabı ilə məğlub olub. Komanda son 8 oyunda 5 məğlubiyyət və 3 heç-heçə qeydə alıb.

Sky Sports-un məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi bugünkü oyundan əvvəl də Kerriki əvəz edəcək namizədlər axtarırdı. Lakin son məğlubiyyətdən sonra bu prosesin sürətləndirilməsi gözlənilir.

Klub daxilindəki mənbələr hazırkı baş məşqçinin istefaya göndəriləcəyini bildirirlər.

Xəbər xətti