"Turan Tovuz"un qapıçısı Oleq Baklov Sportal.az saytına açıqlama verib.
O, komandasının Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" ilə (1:1) bərabərə qalmasını şərh edib:
"Bundan əvvəlki turdakı məğlubiyyətdən sonra hamımız oyuna yaxşı hazırlaşmışdıq. Açığı, hər şey bizim üçün də yaxşı alınırdı, rəqib də meydanda azlıqda qaldı. Təəssüf ki, mənim üçün də ən yaxşı gün deyildi. Fikrimcə, rəqib futbolçunun baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim. Bu cür matçlarda epizodları çıxartmalıyam. İşləməyə davam edəcəyik. Rəqib meydanda 10 nəfərlə qalanda, başadüşülən idi ki, daha çox müdafiə olunurdu. Bizim çox sayda qol epizodlarımız var idi. Biz oyunu qələbəyə aparmağa məcbur idik. Ancaq təəssüf ki, alınmadı. Oyuna baxsaq, bəli, xal itirdiyimizi deyə bilərik".
Tacik qolkiper qarşıdakı iki turda üz-üzə gələcəkləri - "Sabah" və "Qarabağ"la oyunlarla bağlı da fikirlərini söyləyib: "Necə olacağını bilmirəm. Biz maksimum fokuslanacağıq. Növbəti turda evdə oynayırıq. Azarkeşlərimiz artıq uzun müddətdir ki, bizi gözləyirlər. Oyuna maksimum fokuslanacağıq. Ancaq oyunumuz necə alınacaq, onu heç kim bilmir".
Mirbağırağa
saytlarin hazirlanmasi
