"Özümü La Liqada sınamaq arzusundayam" - "Arsenal"ın qapıçısı

22:33 - 22 Oktyabr 2026

"Arsenal"ın qapıçısı David Raya bir gün ölkəsində çıxış etmək istədiyini bildirib.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə "Marca" nəşrinə verdiyi müsahibədə danışıb:

​"Bəli, bunu çox istəyərdim. Özümü La Liqada sınamaq arzusundayam. Hazırda "Arsenal"da çox xoşbəxtəm, amma şübhəsiz ki, İspaniya çempionatında çıxış etmək təcrübəsi qazanmaq istərdim".

​Rayanın sözlərinə görə, İspaniya çempionatı çox rəqabətli olduğundan, orada oynamaq imkanı onun üçün cazibədar perspektiv olaraq qalır. 31 yaşlı qolkiper, həmçinin nə vaxtsa doğma ölkəsinin klubunda çıxış etmək istəyini vurğulayıb:

​"Hesab edirəm ki, La Liqa çox rəqabətli çempionatdır. Bəlkə də gələcəkdə İspaniya klubunda oynaya bildim. Mən ispanam və orada çıxış etmək istərdim, bu, dəqiqdir".

Xəbər xətti