"Bavariya"nın qolkiperi Ronaldo və Kasilyasdan geri qalır

23:02 - 21 Oktyabr 2026

Manuel Noyer Çempionlar Liqasında ən çox oyun keçirən futbolçular arasında ilk üçlüyə daxil olub.

Sportal.az xəbər verir ki, 40 yaşlı qapıçı turnirin liqa mərhələsinin 3-cü turunda “Arsenal”a qarşı keçiriləcək matç üçün “Bavariya”nın start heyətinə daxil edilib. Bugünkü qarşılaşma almaniyalı futbolçunun Çempionlar Liqasındakı 163-cü oyunu olacaq.

Beləliklə, Noyer Çempionlar Liqasında keçirdiyi oyunların sayına görə Lionel Messi və Tomas Müllerə çatıb. Turnirdə yalnız İker Kasilyas (177) və Kriştiano Ronaldo (183) daha çox matç keçiriblər.

Bundan əlavə, Manuel Noyer almaniyalı futbolçular arasında Tomas Müllerə məxsus rekordu təkrarlayıb.

Xəbər xətti