“Mançester Yunayted”in keçmiş baş məşqçisi, hazırda "Tvente"nin texniki direktoru Erik ten Haq İngiltərə klubundan ayrılması ilə bağlı xatirələrini bölüşüb.
Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, 2022-ci ilin aprelindən 2025-ci ilin yayına qədər “qırmızı şeytanlar”ı çalışdırmış niderlandlı məşqçi klub rəhbərliyindən şikayət edib:
"Müqaviləmdə bir il qalmış olsaydı, işimi davam etdirməzdim. Ona görə də dedim ki, "daha bir il lazımdır, hər şeyi müzakirə etməliyik". Rəhbərlik mənə sədaqət və dəstək, eləcə də açıq ünsiyyət və birgə səy göstərəcəyinə söz vermişdi. Hər şeyi müzakirə etmişdik. Amma klub rəhbərliyi vədləri yerinə yetirmədi".
