Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" Şirvan Olimpiya İdman Kompleksinin stadionunda "Difai"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
8 turdan sonra 10 xal toplayan "Şəmkir" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 8 xalı olan "Difai" isə 9-cu yeerdədir.
"Şəmkir" - "Difai" 1:1
Qollar: E.Abdullayev, 90+5 - E.Qurbanov, 27
Qırmızı vərəqə: E.Qasımov, 88 ("Şəmkir")
