Rahilə Hüseynzadə də Avropa birinciliyində 3 medal qazandı

15:48 - 19 Oktyabr 2026

Azərbaycanın qadın ağırlıqqaldıranı Rahilə Hüseynzadə Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.

Sportal.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 94 kq çəkinin öhdəsindən gələrək ikinci olub.

Təmsilçimiz təkanla qaldırma növündə isə 115 kq nəticə ilə bürünc medala yiyələnib.

Ümumilikdə 2 hərəkətin cəmində 209 kq nəticəyə imza atan Hüseynzadə yarışın gümüş medalına yiyələnib.

Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında turnirə yollanan hər 3 idmançımız medal əldə edib.

Fuad Həsənov və Qasım İsmayılov müvafiq olaraq hərəyə 3 gümüş və bürünc medal qazanmışdı.

Xəbər xətti