"Roma"nın veteran kapitanı Françesko Totti 2004-cü ildə “Real”a keçməkdən imtina etmək qərarını xatırlayıb.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, italiyalı bəzi peşmançılıqlarını etiraf etsə də, həmin qərarının səhv olmadığını bildirib:
“Xeyr, qərarımdan peşman deyiləm. Baxmayaraq ki, kiçik bir peşmançılıq hissi var idi. 2004-cü ildə “Real” boş yerə "Qalaktikos" deyildilər - Bekhem və Zidan kimi futbolçular orada oynayırdılar. Əminəm ki, onlarla birlikdə ağla gələn hər kuboku qazanardım. Hətta "Qızıl top"u da qazana bilərdim. Amma sonda hər şey yaxşı oldu. O vaxtlar bu, ikimizin - mənim və ürəyimin qərarı idi. İkimiz də eyni nəticəyə gəldik, sonda da belə oldu”.
Qeyd edək ki, 50 yaşlı veteran futbolçu peşəkar karyerası ərzində yalnız "Roma"nın formasını geyinib. O, 1993-2017-ci illərdə "canavarlar"ın heyətində 619 matçda 250 qol vurub.
saytlarin hazirlanmasi
