Avropanın bir sıra klublarının transfer siyahısındaq yer alan Arda Güler gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, türkiyəli hücumameyilli yarımmüdafiəçisi karyerasını "Real"da davam etdirəcək. Bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Arda La Liqa nəhənginin yeni müqavilə təklifini qəbul edib. Yaxın günlərdə 21 yaşlı futboblçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, Arda Güler cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün klubla mövcud anlaşması 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
