Mbappenin hüquq komandasında qonorar üstündə münaqişə yarandı

22:41 - 14 Oktyabr 2026

"Real"In forvardı ​Kilian Mbappenin hüquq komandasında PSJ ilə məhkəmə çəkişməsindən sonra xidmət haqqının ödənilməsi səbəbindən münaqişə yaranıb.

Sportal.az ​“L’Équipe” nəşrinə isstinadən xəbər verir ki, hücumçuya keçmiş klubundan borcun alınmasında kömək edən vəkillər qonorar mübahisəsinə görə Vəkillər Kollegiyasına müraciət ediblər.

​2025-ci ilin dekabrında Paris Əmək Məhkəməsi PSJ-yə futbolçuya ödənilməmmiz əmək haqqı və bonuslar üzrə 61 milyon avro ödəmək öhdəliyi qoyub. İşdə oyunçunun uzunillik vəkili Delfin Vereydenin cəlb etdiyi üç hüquqşünas - Pyer-Olivye Sur, Tomas Kley və Frederik Kassero iştirak ediblər.

Vəkillər futbolçunun anası Fayza Lamari ilə məhkəmə Mbappeyə tələb etdiyi 55 milyon avrodan artıq məbləğ təyin edəcəyi təqdirdə əlavə mükafat barədə razılığa gəliblər. Lakin Lamari müvafiq müqaviləni imzalamayıb. Bundan sonra şifahi razılaşmaların icrası ilə bağlı narazılıqlar yaranıb.

​Hüquqşünaslar 6,2 milyon avro tələb etsələr də, münaqişə kompromislə yekunlaşıb. Tərəflər əsas qonorarlardan əlavə 1,5 milyon avro məbləğində ödəniş edilməsinə razılaşıblar.

Xəbər xətti