Futbol üzrə Türkiyə I Liqasında X turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb.
Xallarını 12-yə yüksəldən "Sivasspor" turnir cədvəlinin XI pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
