2-ci Liqada 7-ci tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün bir oyun baş tutub. “Ağstafa Gəncləri” doğma meydanda “Qaradağ Lökbatan”la qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qaradağ Lökbatan" bu qələbə ilə 18 xal toplayaraq ilk pilləyə yüksəlib. "Ağstafa Gəncləri" isə 12 xalla 4-cü sırada yer alıb.
2-ci Liqa
7-ci tur
11 oktyabr
“Ağstafa Gəncləri” – “Qaradağ Lökbatan” 1:2
Qollar: Elçin Qasımov, 1 – İsa Zeynallı, 64-pen. Tural Axverdiyev, 79.
