Portuqaliya Futbol Federasiyası milli komandanın kapitanı Kriştiano Ronaldo haqda intizam işi açıb.
Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Əl-Nəsr"in ulduz futbolçusu müvəqqəti olaraq ölkəsinin yığmasından kənarlaşdırılıb. Hazırda 41 yaşlı hücumçunun davranışları ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Kriştiano Ronaldo UEFA Millətlər Liqasının Norveçlə matçında oynamadığı üçün icazəsiz olaraq millinin düşərgəsini tərk edib.
saytlarin hazirlanmasi
