Murad Fətiyev yarımfinala çıxdı!

14:48 - 8 Oktyabr 2026

Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda Fransanı təmsil edən Aleksa Mitroviçə ipponla qalib gəlib.

Təmsilçimiz final yolunda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün Südabə Ağayeva (70 kq), Elcan Hacıyev və Süleyman Şükürov (hər ikisi 90 kq) ümidləri doğrultmayıblar.

Azərbaycan komandası oktyabrın 11-də başa çatacaq DÇ-də hələlik 4 medal qazanıb.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc mükafat əldə edib.

Xəbər xətti