“Liverpul”un yarımmüdafiəçisi Florian Virtz İngiltərə Premyer Liqasında son 11 ilin ən yaxşı göstəricilərindən birinə imza atıb.

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu çempionatın 12-ci turunda “Mançester Yunayted”ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə açıq oyundan 10 qol fürsəti yaradıb. Bu statistikaya standart vəziyyətlərdən yaranan imkanlar daxil edilməyib.

Premyer Liqada sonuncu dəfə belə göstərici 2015-ci ilin martında qeydə alınıb. Həmin vaxt “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “Vest Bromviç”lə qarşılaşmada açıq oyundan 11 qol imkanı yaratmağa nail olub.