“Lester” rəhbərliyi klubun artıq satışda olmadığını və satış prosesinin dayandırıldığını əməkdaşlarına bildirib.
Sportal.az xəbər verir ki, avqust ayında klub satışa çıxarılmışdı. Sahiblər “Lester”in bütün aktivləri üçün 300 milyon dollar əldə etməyi planlaşdırırdılar.
“The Telegraph” nəşrinin məlumatına görə, klubun idarə heyətinin sədri, tailandlı iş adamı Ayavatt Srivaddhanaprabha “Lester”in satışı ilə bağlı bütün prosesləri dayandırmaq barədə qəti qərar qəbul edib. Bu qərarı həftənin əvvəlində klubun rəhbər heyətinə icraçı direktor Kamonthip Netthamonsak çatdırıb.
Bildirilir ki, Srivaddhanaprabha 2010-cu ildə “King Power” şirkəti tərəfindən satın alınan klubu əvvəldən satmaq niyyətində olmayıb. Hazırda klub rəhbərliyi bütün diqqətini cari mövsümdə daha yüksək liqaya yüksəlməyə yönəldib və kənar amillərin bu məqsədə mane olmasını istəmir.
Ötən mövsümün nəticələrinə əsasən, “Lester” Çempionşipdən aşağı liqaya düşərək İngiltərə futbolunun üçüncü yüksək divizionuna yuvarlanıb.
saytlarin hazirlanmasi
