"Lion"un "Yuventus"dan icarəyə götürdüyü Loi Openda ümidləri doğrultmur.
Sportal.az xəbər verir ki, belçikalı hücumçunun performansı məşqçilər korpusunu qane etmir. bu barəədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Fransa klubu icarə müqaviləsinə vaxtından əvvəl xitam verəcək. 26 yaşlı forvard yanvarda müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdacaq.
Qeyd edək ki, "Lion" Loi Opendanı mövsümün əvvəlində 3,5 milyon avro qarşılığında icarəyə götürüb. Belçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
